Moskva aeroportlarında 40-dan çox reys təxirə salınıb və ya ləğv edilib
02
dek
2023
09:59
Rusiyanın paytaxtı Moskva şəhərinin Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında əlverişsiz hava şəraiti ilə əlaqədar ümumilikdə 40-dan çox reys gecikib və ya təxirə salınıb.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 07:26-ya qədər, Vnukovoda 13 reys gecikib, daha yeddi reys təxirə salınıb.
Domodedovoda 12 reys gecikib, ikisi ləğv edilib, Şeremetyevoda yeddi reys gecikib.
Həftənin əvvəlində Moskva hava limanlarında 80-ə yaxın reys təxirə salınıb və ya ləğv edilib.
Oxşar xəbərlər
Moskva hava limanlarında 35 reys təxirə salınıb
Dekabrın ilk günündə Rusiyanın paytaxt hava limanlarında 35 reys təxirə salınıb. BAKU.WS xəbər verər ki, bu, Yandex.Schedule xidmətinin məlumatlarında qeyd olun...