Çoxdan gözlənilən yenilik - “WhatsApp”dan “Telegram” və digərlərinə yazmaq olacaq

Çoxdan gözlənilən yenilik - “WhatsApp”dan “Telegram” və digərlərinə yazmaq olacaq
Siyasət 269

Gələcəkdə istifadəçilər dostları və tanışları ilə əlaqə saxlamaq üçün onlarla proqram quraşdırmalı olmayacaqlar.

BAKU.WS xəbər verir ki, “WhatsApp” platformalararası gələcəyə hazırlaşır.

Tezliklə platforma üzərindən “Telegram”, “Discord” və digər ani messencerlərin istifadəçilərinə yazmaq mümkün olacaq.

“WhatsApp”ın ən son beta versiyasında digər ani messencerlərdən söhbətlər əlavə edə biləcəyiniz “Üçüncü Tərəf Çatları” adlı yeni bölmə var. Funksiya artıq sınaqdan keçirilir, lakin onun nə vaxt hamı üçün əlçatan olacağı hələ məlum deyil.

Bu bölmə hətta “WhatsApp”da qeydiyyatdan keçməmiş hesablardan belə digər ani mesajlaşma proqramlarından mesajlar alacaq.

Beta versiyası artıq “Telegram” və “Discord” ilə uyğunluq əlavə edib və zaman keçdikcə bütün mesajlaşma tətbiqləri ( Viber, iMessage, Signal və s. ) üçün dəstək olacaq.

Son xəbərlər