“Whatsapp”da YENİLİK: Səsli mesajlar mətnə çeviriləcək - FOTO
Dünyanın ən populyar mesajlaşma platforması "WhatsApp" daha bir yeniliklə istifadəçilərini sevindirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra səsli mesajları mətnə çevirmək mümkün olacaq.
Bu funksiya istifadəçiyə lazım olanda işə salınacaq digər hallarda isə deaktiv edilə biləcək. Yenilik tətbiqin 23.3.0.73 beta versiyasında təqdim edilib.
Yeni funksiya nəticəsində "WhatsApp" istifadə edənlər səsləri dinləmədən mətn halına çevirərək görə biləcəklər.
Məlumat üçün bildirək ki, "WhatsApp"ın səsli mesajları mətnə çevirmək funksiyası ilk dəfə 2021-ci ilin payızında yaradılıb, lakin iş naməlum səbəblərdən dayandırılıb. Tərtibatçılar yenidən bu funksionallığı sınaqdan keçiriblər.
"WABetaInfo" ekspertləri vurğulayırlar ki, səsli mesajların mətnə çevrilməsi yalnız mobil versiyada olacaq və bu məlumatı həmsöhbətlərdən başqa heç kim əldə edə bilməyəcək.
Oxşar xəbərlər
“WhatsApp”da silinən mesajlarla bağlı YENİLİK
“WhatsApp” istifadəçiləri oxunduqdan 24 saat sonra silinən mesajları saxlaya biləcəklər. BAKU.WS xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb. Be...