“WhatsApp”da video paylaşımı ilə bağlı çoxdan gözlənilən YENİLİK - FOTO

“WhatsApp”da video paylaşımı ilə bağlı çoxdan gözlənilən YENİLİK - FOTO
Foto
Siyasət 604

Məşhur söhbətləşmə proqramlarından biri olan “WhatsApp”a yüksək (HD) keyfiyyətli fotoşəkil göndərmə xüsusiyyəti gəldikdən sonra indi də videolar üçün eyni funksiya işə düşür.

BAKU.WS WABetaInfo-ya istinadən xəbər verir ki, “Meta”ya məxsus xidmət bu yaxınlarda Android üçün “WhatsApp”ın beta versiyasına (versiya 2.23.14.10) bir yeniləmə edib və bu sayədə video göndərərkən videonun orijinal versiyasını saxlamaq seçimi əlavə olunub.

Bildirilib ki, videoların yüksək keyfiyyətdə göndərilməsi funksiyası statuslara şamil edilməyəcək.

“WhatsApp”ın yeni funksiyası “iOS” əsaslı mesencerin “beta” versiyasının yeniləməsində işləkdir. Funksiya inkişaf mərhələsindədir, tətbiqin gələcək yeniləməsində yeni variant digər istifadəçilər üçün də aktivləşdirilə bilər.

Son xəbərlər