"WhatsApp"da növbəti YENİLİK - FOTO

WhatsAppda növbəti YENİLİK - FOTO
Siyasət 1050

"WhatsApp" messenceri istifadəçilər üçün faydalı olacaq yeni funksiyalar üzərində işləməyə davam edir.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" Windows tətbiqi üçün nəzərdə tutulan ən son yeniləməsi ilə müştəri xidməti funksiyasını əlavə edib.

Bu funksiya sayəsində istifadəçilər "WhatsApp" rəsmiləri ilə çox rahat ünsiyyət qura biləcəklər.

Yenilik Windows üçün "WhatsApp"ın ən son yeniləməsini quraşdırmış hər kəs üçün əlçatandır.

İstifadəçilər yeniləməni quraşdırdıqdan sonra tətbiqin aşağı sol küncündəki parametrlər bölməsinə keçərək ekranda "Yardım > Bizimlə əlaqə" hissəsini seçib funksiyanı istifadə edə bilər.

Qeyd olunur ki, bu yenilik daha əvvəl "Android" və "iOS" proqramlarına da əlavə edilib.

Son xəbərlər