Rusiya və İran prezidentləri Türkiyəyə səfər edəcəklər

Rusiya və İran prezidentləri Türkiyəyə səfər edəcəklər
Siyasət 3

Türkiyə hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin fevralın 12-də, İran prezidenti İbrahim Rəisinin isə yanvarın 24-də respublikaya səfər edə biləcəyini gözləyir.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putinin Türkiyə və KXDR-ə səfərlərinin dəqiq tarixləri hələ müəyyən edilməyib və diplomatik kanallar vasitəsilə razılaşdırılır.

Rəisinin iki dəfə təxirə salınan səfəri isə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına təsadüf edəcək. Onun nəticələrinə əsasən 10-a yaxın saziş və memorandumun imzalanması gözlənilir. Bundan əlavə, terrorla mübarizə mövzusu və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.

Son xəbərlər