Yaponiya, ABŞ və Cənubi Koreya KXDR-in nüvə və raket proqramlarını müzakirə edəcəklər
Yaponiya, ABŞ və Cənubi Koreyanın xarici işlər nazirləri Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə və raket proqramlarını müzakirə edəcəklər.
BAKU.WS AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə ABŞ dövlət departamenti məlumat yayıb. Bildirilir ki, üç ölkənin xarici işlər nazirləri KXDR tərəfindən artan təhdidlərlə bağlı Havay adalarında görüş zamanı müzakirələr aparacaqlar.
Qeyd edilir ki, ABŞ-ın dövlət katibi Antoni Blinken, Yaponiyanın xarici işlər naziri Hayaşi Yoşimasa və Cənubi Koreyanın xarici işlər naziri Çon Iy Yon fevralın 12-də Havay ştatının Qonolulu şəhərində bir araya gələcəklər.
Görüş Pxenyanın raket və nüvə proqramları ilə əlaqədar artan təhdidlərinə qarşı mübarizə üçün üçtərəfli əməkdaşlığı gücləndirmək və qlobal çağırışlara qarşı birgə fəaliyyət məsələlərinə həsr olunacaq.
Xatırladaq ki, KXDR ötən ay yeddi raketin sınağı keçirib. Bu, beynəlxalq ictimaiyyət tərəfindən böyük narahatlıqla qarşılanıb.
Oxşar xəbərlər
Şimali Koreya Yapon dənizinə ballistik raket atdı
Şimali Koreya Yapon dənizi akvatoriyası istiqamətinə raket atıb. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi Xidməti məlumat...