Emin Hüseynov: "Ağdam, Əsgəran və Xocalıda 24 min hektar əkinəyararlı torpaq sahibkarları gözləyir"

Emin Hüseynov: Ağdam, Əsgəran və Xocalıda 24 min hektar əkinəyararlı torpaq sahibkarları gözləyir
Siyasət 58

Ağdam, Əsgəran və Xocalı rayonlarında 24 min hektardan çox əkinəyararlı torpaq sahibkarları gözləyir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirəsində bildirib.

"Bu rayonlarda 50 min hektardan çox əkinəyararlı torpaq sahəsinin 24 min hektarı hələ dövriyyəyə cəlb olunmayıb, yəni istifadə üçün hazırdır. Buradan üzümü bütün sahibkarlara tuturam, gəlin, torpaq da var, infrastruktur da var, dövlətin dəstəyi də var. Yetər ki, siz bunu istəyəsiniz, buna inanasınız və indiyə qədər göstərdiyiniz fəaliyyəti kənd təsərrüfatında, o cümlədən işğaldan azad olunmuş ərazilərdəki aqrar sektorda sərgiləyəsiniz. Bu ərazilərdə sahibkarlıq xüsusi önəm kəsb edir, mənfəətlə yanaşı həm də şərəf məsələsidir, torpaqların dirçəlməsidir", - deyə o qeyd edib.

Son xəbərlər