Rusiya və İran prezidentləri Türkiyəyə səfər edəcəklər
Türkiyə hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin fevralın 12-də, İran prezidenti İbrahim Rəisinin isə yanvarın 24-də respublikaya səfər edə biləcəyini gözləyir.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Putinin Türkiyə və KXDR-ə səfərlərinin dəqiq tarixləri hələ müəyyən edilməyib və diplomatik kanallar vasitəsilə razılaşdırılır.
Rəisinin iki dəfə təxirə salınan səfəri isə Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına təsadüf edəcək. Onun nəticələrinə əsasən 10-a yaxın saziş və memorandumun imzalanması gözlənilir. Bundan əlavə, terrorla mübarizə mövzusu və Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.
Oxşar xəbərlər
Kremldən Putinin Türkiyəyə səfəri ilə bağlı AÇIQLAMA
"Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixləri hələ müəyyən edilməyib, lakin məsələ ilə bağlı iş gedir". Bunu Kremlin mətbuat katibi Dm...