SİZİN REKLAM BURADA!
055 213 76 73


Fanatları məşhur müğənni Madonnanı məhkəməyə veriblər.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, "Celebration" adlı konsert turuna çıxan ifaçı konsertlərindən birinə iki saat gecikib.

Bundan sonra sənətçinin Maykl Fellous və Conatan Hadden adlı pərəstişkarları onu məhkəməyə veriblər.

Nyu Yorkda "Barclays Center"də konsert verən ulduzun 08:30-da başlamalı olan konserti iki saat sonra start götürüb.

Gec başlayan konsert gec də bitib. Bu da ictimai nəqliyyatdan istifadə edən insanların işini çətinləşdirib. Konsertdən çıxan Madonna sevərlər evlərinə gecə çatıblar.

Qeyd edək ki, buna bənzər hal Madonnanın 2016-cı ildəki konserti zamanı baş verib. 

BAKU.WS
QALEREYA