Rəqs videosunu paylaşan Madonna: "Hərəkət edə bildiyim üçün şanslıyam" - VİDEO
"Popun kraliçası" adlandırılan müğənni Madonnanın xəstəxanadan evə buraxıldıqdan sonra ilk görüntüləri yayılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ağır infeksiyaya yoluxan sənətçi sosial şəbəkədə yeni videosunu paylaşaraq fanatlarına artıq sağaldığını bildirib.
Madonna yayımladığı videoda rəqs edib.
O, paylaşıma, "Bədənimi yenidən hərəkət etdirə bilmək və yenidən rəqs etməyi bacarmaq mənə dünyanın ən şanslı insanı kimi hisslər verir", - sözlərini də əlavə edib.
Qeyd edək ki, bakterial infeksiya ilə xəstəxanaya yerləşdirilən amerikalı müğənni Madonna iynun 29-da xəstəxanadan evə buraxılıb. 64 yaşlı müğənni şəxsi təcili yardım maşını ilə Nyu-Yorkdakı evinə aparılıb.
Oxşar xəbərlər
Madonna ağrılarını gizlətdiyi üçün XƏSTƏXANALIQ OLUB - FOTO
Popun kraliçası Madonnanın xəstəxanaya yerləşdirilməzdən əvvəl səhhətində xeyli problem yaşadığını lakin bunu gözardı etdiyi üzə çıxıb. BAKU.WS xarici KİV-ə is...