SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Haluk Levent şəhid Müslüm Özdemirin ailəsinə verdiyi sözü tutub.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o Özdemirlər ailəsinə ev bağışlayıb.

Mənzilin əşyalarını isə müğənni Melek Mosso alacağını söz verib.

Xatırladaq ki, Müslüm Özdemir Türkiyə ordusunun "Pençe-Kilit" əməliyyat bölgəsində aparıdığı antiterror əməliyyatları zamanı şəhid olub.

Onun ailəsi ötən il Türkiyədə baş verən güclü zəlzələdə evini itirib. O vaxtdan sonra ailə çadıra sığınıb.

Bunu bilən Haluk Levent konsertindən əldə etdiyi gəlirlə ailə üçün ev alacağını söz vermişdi.

BAKU.WS
QALEREYA