İraqda Türkiyə ordusunun 9 əsgəri şəhid olub, xeyli terrorçu məhv edilib - YENİLƏNİB-3+ FOTO/VİDEO

İraqda Türkiyə ordusunun 9 əsgəri şəhid olub, xeyli terrorçu məhv edilib - YENİLƏNİB-3+ FOTO/VİDEO
Video
Siyasət 1

Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib.

Bölgədə əməliyyatlar davam edir. Türkiyə ordusu terrorçuların sığınacaq, daldalanacaq kimi istifadə etdikləri 29 mövqeyinə, mağaralara zərbələr endirib. Xeyli sayda terrorçu zərərsizləşdirilib.

Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.

Daha əvvəl bildirilirdi ki, terrorçuların hücumu zamanı 8 əsgər şəhid olub, 5 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

***07.08

Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı səkkiz nəfərə çatıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha iki ağır yaralı hərbçi dünyasını dəyişib.

Bölgədə əməliyyatlar davam edir.

Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.

12.01.2024 *** 23.19

İraqda keçirilən “Pence-Kilit” əməliyyatında Türkiyənin 5 hərbçisi şəhid olub.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, terrorçuların zərərsizləşdirilməsi zamanı 8 Türk hərbçisi ağır yaralanıb. Əməliyyat zamanı 12 terrorçu məhv edilib.

Son xəbərlər