Haluk Levent şəhid anasına verdiyi sözü tutdu - FOTO
19
yan
2024
14:57
Məşhur müğənni Haluk Levent şəhid Müslüm Özdemirin ailəsinə verdiyi sözü tutub.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o Özdemirlər ailəsinə ev bağışlayıb.
Mənzilin əşyalarını isə müğənni Melek Mosso alacağını söz verib.
Xatırladaq ki, Müslüm Özdemir Türkiyə ordusunun "Pençe-Kilit" əməliyyat bölgəsində aparıdığı antiterror əməliyyatları zamanı şəhid olub.
Onun ailəsi ötən il Türkiyədə baş verən güclü zəlzələdə evini itirib. O vaxtdan sonra ailə çadıra sığınıb.
Bunu bilən Haluk Levent konsertindən əldə etdiyi gəlirlə ailə üçün ev alacağını söz vermişdi.
Qalereya
Oxşar xəbərlər
İraqda Türkiyə ordusunun 9 əsgəri şəhid olub, xeyli terrorçu məhv edilib - YENİLƏNİB-3+ FOTO/VİDEO
Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfə...