Əfsanəvi futbolçu Frans Bekkenbauer vəfat edib
08
yan
2024
21:21
Futbol üzrə dünya çempionu Frans Bekkenbauer 78 yaşında vəfat edib.
"Report"un məlumatına görə, bu barədə "Spiegel" qəzeti yazır.
Bekkenbauer Almaniya millisinin tərkibində 1974-cü ildə dünya çempionu və 1972-ci ildə Avropa çempionatının qalibi olub.
O, həmçinin Almaniya çempionatını və kubokunu dörd dəfə qazanıb, üç dəfə Avropa Kubokunun qalibi olub.
Bekkenbauer futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri hesab olunur. O, iki dəfə - 1974 və 1976-cı illərdə müdafiəçi "Qızıl top"u qazanan yeganə oyunçudur.
Oxşar xəbərlər
Futbol üzrə dördqat dünya çempionu vəfat etdi - FOTO
Braziliya millisinin sabiq futbolçusu və məşqçisi Mario Zaqallo 92 yaşında vəfat edib. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə əfsanəvi braziliyalı...