Səudiyyə Ərəbistanı Türkiyə vətəndaşlarının Həcc ziyarətinə getməsinə qadağa qoyacaq?
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi planlaşdırılan Türkiyə Superkubokunun final matçı təxirə salındıqdan sonra bəzi iddialar yayılıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrin Türkiyə seqmentində “Səudiyyə Ərəbistanı Türkiyə vətəndaşlarına həcc ziyarətinə qadağa qoyacaq” kimi fikirlər yazılıb.
Ölkənin Rabitə Nazirliyinin Dezinformasiya ilə Mübarizə Mərkəzi mövzu ilə bağlı açıqlamasında deyilənləri təkzib edib:
Bəzi sosial media hesablarında paylaşılan "Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salman Türkiyə vətəndaşlarının Həcc ziyarətinə gəlməsini qadağan edəcək" iddiası doğru deyil.
Hər iki ölkədən Türkiyə vətəndaşlarının Səudiyyə Ərəbistanına Həcc ziyarətinə getməsinə mane ola biləcək rəsmi açıqlama və ya qərar yoxdur.
“Əsassız iddialara inanmayın”.
Oxşar xəbərlər
Superkubok matçı təxirə salındıqdan sonra təxribat xarakterli paylaşım edən şəxs saxlanılıb - FOTO
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilməli olan Türkiyə Superkubokunun finalı ləğv edildikdən sonra sosial şəbəkələrdə edilən bəzi paylaşımlarla bağl...