Çinin Hərbi Dəniz komandanı Müdafiə Naziri oldu
29
dek
2023
18:22
Çin Hərbi Dəniz Qüvvələrinin komandanı Donq Jun Müdafiə Nazirliyinin yeni rəhbəri təyin edilib.
Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
“Çin 14-cü Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin yeddinci iclası Donq Jun milli müdafiə naziri təyin edilməsi haqqında qərar qəbul edib”, - agentliyin məlumatında qeyd olunur.
Donq Jun 2017-ci ildən 2021-ci ilə qədər Xalq Azadlıq Ordusunun (PLA) Cənub Döyüş Komandanlığının komandir müavini vəzifəsində çalışmış admiraldır. 2021-ci ildən Hərbi Dəniz Qüvvələrinin komandiri vəzifəsinə təyin olunmuşdu..
Oxşar xəbərlər
Çində dağıntılar altından insanlar xilas edilir - FOTO/VİDEO
Çinin Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələdən sonra bölgəyə xilasedicilər cəlb olunub. BAKU.WS "Xinhua" agentliyinə istinadən xəbər verir ki, dağ...