SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail hərbçiləri Livanın cənubuna daxil olmaq üçün plan hazırlayıb ki, bu da Yaxın Şərqdə münaqişəni daha da gərginləşdirmək təhlükəsi yaradır.

Bu barədə Times qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, İsrail Müdafiə Qüvvələri (SAXAL) “Hizbullah" təşkilatının silahlı birləşmələrini hər iki tərəf üçün simvolik əhəmiyyət kəsb edən Litani çayına sıxışdırmaq istəyir.

Qeyd edək ki, oktyabrın 7-də Fələstin-İsrail qarşıdurması başlayandan İsrail hərbçiləri ilə "Hizbullah" arasında qarşılıqlı artilleriya və raket zərbələri baş verir.

Son 24 saat ərzində "Hizbullah" birləşmələri sərhəd bölgələrində İsrail hərbi postlarına hücum edərək, onlara çoxsaylı raket zərbələri endirib. Bundan əvvəl İsrail artilleriyası Livanın Aytrun, Alma əş-Şaab, Ed-Duheyra və Ən-Nakura yaşayış məntəqələrinin ətrafını atəşə tutub.

BAKU.WS