İsrail ordusu Livan ərazisinə yeni zərbələr endirib

İsrail ordusu Livan ərazisinə yeni zərbələr endirib
Siyasət 4

İsrail hərbçiləri sərhəd bölgələrinin atəşə tutulmasına cavab olaraq Livana, o cümlədən orada fəaliyyət göstərən "Hizbullah" təşkilatının hədəflərinə yeni hücumlar həyata keçirib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər saatlarında, bazar günü Livandan İsrailin şimalındakı Har-Dov bölgəsi istiqamətində raket buraxıldığı qeydə alınıb. İsrail Müdafiə Ordusunun tankı buraxılış mənbəyinə zərbə endirib. Roş-ha-Nikra bölgəsi istiqamətində də bir sıra buraxılışlar qeydə alınıb", - deyə məlumatda bildirilir.

"Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi və helikopteri də Livanda “Hizbullah” terror təşkilatının infrastrukturuna və hərbi kompleksinə zərbələr endirib. Bundan əlavə, bu gün səhər saatlarında İsrail Ordusunun təyyarəsi Livanda müəyyən edilmiş terror qruplaşmasına zərbə endirib. Bundan başqa, İsrail Müdafiə Ordusuna məxsus hərbi uçuş aparatı və tanklar Livanda "Hizbullah"ın silah və müşahidə obyektlərinə zərbələr endirib", - deyə mətbuat xidməti əlavə edib.

Son xəbərlər