İsrail Livan sərhədində baş verən qarşıdurmada zabitlərindən birinin öldürüldüyünü açıqladı

İsrail Livan sərhədində baş verən qarşıdurmada zabitlərindən birinin öldürüldüyünü açıqladı
Siyasət 3

İsrail dünən Livan sərhədindən ölkəyə sızan silahlı şəxslərlə qarşıdurmada bir ordu zabitinin öldüyünü açıqlayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, məsələ ilə bağlı İsrail ordusundan yazılı açıqlama verilib:

“Qaliley diviziyasının 300-cü briqadasının (İsrail ordusunun Livan sərhədindəki birliyi) komandirinin müavini polkovnik-leytenant Alim Saad Abdullah Livan ərazisindən İsrail ərazisinə soxulan terrorçularla toqquşmada həlak olub”.

Ordunun məlumatında, qarşıdurmada həlak olan polkovnik-leytenant Abdullahın ölkənin şimalındakı druzların “Yanuh-Cat” kəndindən olduğu göstərilib, “Yediot Ahronot” qəzetində isə Abdullahın 40 yaşında olduğunu bildirib.

İsrail ordusu Livan sərhədindən ölkəyə sızmağa cəhd edən bəzi silahlı şübhəlilərin gün ərzində öldürüldüyünü açıqlamış, daha sonra isə sərhəd bölgəsinə hava hücumu təşkil edilmişdi.

Hizbullah Hərəkatı İsrailin hücumu nəticəsində 5 üzvünün öldüyünü açıqlayıb.

İsrail ordusu oktyabrın 8-də Livandan İsraildəki hərbi müşahidə məntəqəsinə raket hücumu edildiyini açıqlayıb və artilleriya atəşi ilə cavab verib.

Livandakı Hizbullah da İsrail sərhədindəki hərbi məntəqəyə hücuma görə məsuliyyəti öz üzərinə götürüb. İsrailin həyata keçirdiyi hücumda iki uşaq yaralanıb.

Hizbullah İcra Şurasının sədri Haşim Səfiyuddin oktyabrın 8-də verdiyi açıqlamada HƏMAS-ın İsrailə qarşı hücumlarında “onlar neytral deyil” deyib.

Livanın xarici işlər naziri Abdullah Buhabib dünən bəyan edib ki, onlar Hizbullahın İsrail və Həmas arasındakı münaqişələrə müdaxilə etməyəcəyinə dair “şərti təminat” alıblar.

İsrail ordusu Livan sərhədindən ölkəyə sızmağa cəhd edən bəzi silahlı şübhəlilərin öldürüldüyünü bəyan etdikdən sonra Hizbullah Hərəkatının mətbuat katibi Rana Sahili onların sızma cəhdi ilə heç bir əlaqəsi olmadığını açıqlayıb.

Fələstin İslami Cihad Hərəkatı İsrailə qarşı sızma aksiyasının onun üzvləri tərəfindən həyata keçirildiyini duyurub.

Son xəbərlər