"Hizbullah" İsrailin hərbi bazasına 10 raket atıb
Livanın "Hizbullah" hərbi təşkilatı silahlı Şəba bölgəsində yerləşən Zibdindəki İsrail hərbi bazasına raket zərbələri endirib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barədə qruplaşmanın teleqram kanalında bildirilib.
Hərbi obyektə ən azı 10 raket atıldığı bildirilir.
Eyni zamanda İsrailin Bayada, El-Assi və Teyhatdakı sərhəd postları da vurulub.
"Hizbullah"ın silahlı hücumlarına cavab olaraq İsrail artilleriyası Livan ərazisini atəşə tutub.
"Al Wataniya" agentliyinin məlumatına görə, Aita əş-Şaab, Zibkin, Meibib, Teir-Harfa və əl-Xiyam yaşayış məntəqələrinə zərbələr endirilib.
Bildirilib ki, yerli hakimiyyət orqanları dəymiş maddi ziyanla bağlı məlumatları dəqiqləşdirir, mülki əhali arasında itki yoxdur.
Oxşar xəbərlər
İsrailin Livanın cənubunda endirdiyi zərbə nəticəsində “Al Mayadeen”in müxbiri və operatoru həlak olub
Livanın "Əl Mayadeen" telekanalının müxbiri və operatoru İsrailin Livanın cənubunda endirdiyi zərbə nəticəsində həlak olub. BAKU.WS xəbər verir ki, bu barədə t...