İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə zərbə endirib
06
dek
2023
16:08
Livandan İsrail ərazisinin atəşə tutulmasına cavab olaraq İsrail Müdafiə Qüvvələrinin (SAXAL) tankları, artilleriyası və təyyarələri "Hizbullah"ın hərbi obyektlərinə hücum edib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Bir müddət əvvəl Livandan Ərəb əl-Aramşaya bitişik SAXAL postuna, eləcə də Hermon dağındakı mövqeyə doğru bir neçə atış qeydə alınıb. SAXAL hücumların həyata keçirildiyi yerlərə cavab zərbəsi endirib", - deyə məlumatda deyilir.
Oxşar xəbərlər
"Hizbullah" İsrailin hərbi bazasına 10 raket atıb
Livanın "Hizbullah" hərbi təşkilatı silahlı Şəba bölgəsində yerləşən Zibdindəki İsrail hərbi bazasına raket zərbələri endirib. BAKU.WS TASS-a istinadən xəbər ve...