Yeni Kaledoniya sahillərində 5,7 maqnitudada zəlzələ baş verib
17
dek
2023
14:21
Sakit Okeanın Yeni Kaledoniya sahillərində (Fransa xaricində yerləşən ərazisi - Red) 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 7,4 min nəfərin yaşadığı Tadine kəndindən 133 km şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.//report
Oxşar xəbərlər
Bu ölkədə 7,5 bal gücündə zəlzələ oldu
Filippin sahillərində 7,5 bal gücündə zəlzələ baş verib. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri əhalisi 10,6 min nəfər ola...