Bu ölkədə 7,5 bal gücündə zəlzələ oldu

02
dek
2023
20:44
Filippin sahillərində 7,5 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri əhalisi 10,6 min nəfər olan Taqbin bələdiyyəsindən 19 km şimal-şərqdə olub.
Bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, zəlzələnin ocağı 63 km dərinlikdə yerləşib. ABŞ sunami xəbərdarlığı sistemi sunami təhlükəsi barədə xəbərdarlıq edib.
Oxşar xəbərlər
Yeni Zelandiya sahillərində güclü zəlzələ olub
Yeni Zelandiyanın Şimal adasının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib. BAKU.WS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlum...
