Yeni Zelandiya sahillərində güclü zəlzələ olub

26
apr
2023
09:40
Yeni Zelandiyanın Şimal adasının sahillərində 5,4 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri 101 min nəfər əhalisi olan Lover Hutt şəhərindən 185 km şimal-şərqdə, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami xəbərdarlığı edilməyib.
Oxşar xəbərlər
Filippində 5,6 bal gücündə zəlzələ baş verib
Filippinin Masbate adasının sahillərində 5,6 bal gücündə zəlzələ baş verib. BAKU.WS TASS-a istindən xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi b...
