Filippində 5,6 bal gücündə zəlzələ baş verib

Filippində 5,6 bal gücündə zəlzələ baş verib
Siyasət 98

Filippinin Masbate adasının sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.

BAKU.WS TASS-a istindən xəbər verir ki, bu barədə Avropa-Aralıq Seysmoloji Mərkəzi bildirib.

Məlumata görə, yeraltı təkanların episentri San-Hasinto şəhərindən 12 km cənub-şərqdə, ocağı isə 300 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan edilməyib.

Son xəbərlər