SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniya Ukraynaya yeni hərbi yardım paketi, o cümlədən, 8 ədəd “Bandvagn 206” - hər yerdə hərəkət edə bilən tırtıllı texnika təqdim edib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin saytı xəbər yayıb.

Hökumətin məlumatına görə, yardım paketinə həmçinin “Gepard” özüyeriyən zenit kompleksi üçün 2 000 ədəd sursat da daxildir.

Bundan əlavə, Almaniya 14 ədəd VECTOR kəşfiyyat dronu, 16 ədəd sərhəd maşını, 3 anti-dron sistemi, 2 ədəd “8x6 HX81” yük maşını, 2 ədəd qoşqu və 11 000 quru qida payı verib.

Ümumilikdə Almaniya Ukraynaya 64 ədəd “Bandvagn 206” tırtıllı maşın tədarük etmək niyyətindədir.

BAKU.WS