ABŞ Ukraynaya 1,2 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb
ABŞ hakimiyyəti Ukraynaya əlavə hava hücumundan müdafiə və sursat daxil olmaqla 1,2 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Pentaqonun yaydığı bəyanatda deyilir.
Məlumata görə, o, Ukraynanın Təhlükəsizliyə Yardım Təşəbbüsü hesabına maliyyələşdiriləcək.
Yeni yardım paketinə “Hawk” hava hücumundan müdafiə sistemləri, zenit sursatları və hava hücumundan müdafiə dronları daxildir.
Bundan əlavə, ABŞ Ukraynanı artilleriya, raketlər, peyk çəkilişləri ilə təmin edəcək və müxtəlif silahların davamlı texniki xidmətini və ehtiyat hissələrini maliyyələşdirəcək.
Yeni yardım paketi ilə Rusiyanın tammiqyaslı hücumunun başlamasından bu günə kimi ABŞ-ın Ukraynaya hərbi yardımı təxminən 37 milyard dollara çatacaq.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...