SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yağan güclü yağış daşqınlara səbəb olub. 7,6 və 7,7 bal gücündə zəlzələnin baş verdiyi Adıyaman və Şanlıurfa bu dəfə selə təslim olub.

BAKU.WS xəbər verir ki, Türkiyə Meteorologiya Baş İdarəsindən verilən məlumata görə, zəlzələ bölgəsindəki arasıkəsilməz yağış axşam saatlarına qədər yağmağa davam edəcək.

Təbii fəlakət insan tələfatına səbəb olub. Türkiyə daxili işlər naziri Süleyman Soylu daşqınlar nəticəsində Şanlıurfada 12, Adıyamanda isə 2 sakinin həyatını itirdiyini açıqlayıb.

S.Soylunun sözlərinə görə, təbii fəlakət səbəbilə 5 nəfər itkin düşüb:

“Nazirlərimiz gəlib əraziyə baxış keçirdilər. 12 vətəndaşımız həyatını itirib. 3 yerdə axtarış-xilasetmə işləri aparılır. İtkin hesab edilən 5 vətəndaşımızın isə axtarışı davam etdirilir”.

Təbbi fəlakət ərazisindən lentə alınan fotolar Türkiyə mətbuatında və sosial şəbəkələrdə yayılıb. Sözügedən video və fotolar hər kəsi kövrəldərək göz yaşına boğub.

BAKU.WS həmin görüntüləri təqdim edir:

BAKU.WS
VİDEO