Tramp ilk böyük xarici səfərinə başladı – Səudiyyə Ərəbistanına getdi

Tramp ilk böyük xarici səfərinə başladı – Səudiyyə Ərəbistanına getdi
Video
Siyasət 75

ABŞ Prezidenti Donald Tramp vəzifəyə başladıqdan sonra ilk genişmiqyaslı xarici səfərinə çıxıb. Səfərin ilk dayanacağı Səudiyyə Ərəbistanıdır.

Bu barədə "əl-Ərəbiyə" telekanalı məlumat yayıb.

Trampı daşıyan təyyarə Ər-Riyad şəhərində yerləşən Kral Xalid Beynəlxalq Hava Limanında eniş edib.

Səfər çərçivəsində ABŞ liderinin Səudiyyə Ərəbistanının yüksək vəzifəli şəxsləri ilə görüşəcəyi və region ölkələri ilə iqtisadi əməkdaşlığa dair investisiya forumunda iştirak edəcəyi gözlənilir.

Trampın 13-16 may tarixlərini əhatə edən bu turu çərçivəsində Səudiyyə Ərəbistanı ilə yanaşı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də səfəri nəzərdə tutulub.

Qeyd edək ki, bu, onun Roma Papası Fransiskin dəfn mərasimindəki qısa iştirakı istisna olmaqla, prezidentliyə başladıqdan sonra ilk tamhüquqlu beynəlxalq səfəridir.

Son xəbərlər