Ağdamda sinəsinə armatur batan FƏHLƏ ÖLÜB
Ağdam şəhərində iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə zamanı fəhlə Sənan Mustafayevin sinəsinə armatur batıb.
Bərdə Diaqnostika Mərkəzinə çatdırılan yaralının xilas edilməsi üçün tibb müəssisəsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.
S.Mustafayev Bərdə Rayon Mərkəzi Xəstəxanasında əməliyyata götürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
***12:21
Ağdamda tikintidə fəhlənin sinəsinə armatur batıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, xəsarət alan Sənan Mustafayev Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun sinəsindən armaturu çıxarmaq üçün mərkəzə FHN-nın Qarabağ regional idarəsinin xüsusi riskli xilasetmə qrupu cəlb olunub.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Kürdəmirdə qatar yoluna çıxan kişi öldü
Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dəmir yolu xəttinin rayon ərazisindən keçən hissə...