Türkiyədə zəlzələ: 13 nəfər yaralanıb - FOTO
24
apr
2018
13:30
Türkiyənin Adıyaman şəhərinin Samsat rayonunda 5,3 bal gücündə zəlzələ baş verib.BAKU.WS xəbər verir ki, saat 03:34 radələrində meydana gələn zəlzələ Adıyamanın ətraf ərazilərində də hiss olunub. Əhalinin yatdığı zaman baş verən zəlzələ böyük çaxnaşmaya səbəb olub. Rayon mərkəzində və ona bağlı kəndlərdə bəzi binalar zərər görüb. Zəlzələ zamanı 13 adam yaralanıb. Bununla yanaşı 200-dən çox xırdabuynuzlu heyvan tələf olub. 2 ev yaşanmaz hala gəlib.Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
İranda daha bir zəlzələ olub: 18 yaralı
İranın qərbində yerləşən Kerman əyalətində 5.7 bal gücündə daha bir zəlzələ baş verib.BAKU.WS-in məlumatına görə, zəlzələ nəticəsində azı 18 nəfər yaralanıb. Bi...