ABŞ və Çin razılığa gəldi – Qızılın qiyməti kəskin ucuzlaşdı

ABŞ ilə Çin arasında tariflərin qarşılıqlı şəkildə azaldılması və yeni razılaşmalar üçün danışıqların davam etdirilməsi barədə qərar qızıl kimi "təhlükəsiz limanlara" olan tələbi azaltdı.
BAKU.WS xəbər verir ki, bu xəbərlər fonunda birjalar yüksəldi, dollar dəyər qazandı, qızıl isə ucuzlaşdı.
Dünən ons və qram qızılın qiymətində təxminən 3 faizədək eniş qeydə alınıb.
Qeyd edək ki, ABŞ-Çin münasibətlərindəki müsbət gəlişmələr geosiyasi risklərin azalmasına, bu isə investorların riskli aktivlərə yönəlməsinə səbəb olub. Bu vəziyyət, qızılın da daxil olduğu təhlükəsiz aktivlərə marağı azaldıb.
Oxşar xəbərlər
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu başa çatıb
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Gənclər Forumu başa çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, tədbirin açılış mərasimində gənclər və idm...
