Əhaliyə XƏBƏRDARLIQ - Gecə saatlarında...

Bazar ertəsi gecə Günəşdə sondan əvvəlki güc sinfinin partlayışı qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
"Mayın 12-də Moskva vaxtı ilə saat 03:01-də (Bakı vaxtı ilə 04:01 - red.) 4079 (N08W89) günəş ləkələri qrupunda rentgen diapazonunda 11 dəqiqə davam edən M1.9 alışması qeydə alınıb", - məlumatda deyilir.
Monitorinq məlumatlarına əsasən, son 24 saat ərzində Günəş rentgen partlayışlarının Yerin ionosferinə təsir səviyyəsi R1-ə (zəif), Yerin maqnit sahəsinin pozulma dərəcəsi isə G1-ə (zəif) çatıb.
Günəş alovları rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.
Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
Oxşar xəbərlər
Apple şirkəti "Şüşə iPhone" buraxacaq
xəbər verir ki, Bu barədə mayın 12-də "Bloomberg" məlumat yayıb. Nəşrin insayderi Mark Qurman qeyd edib ki, şirkət "əsasən şüşə iPhone"lar xəttini işə salmaq is...
