Haluk Bilginer Ancelina Colidən sonra onunla seriala çəkiləcək
13
may
2025
12:26
Məşhur aktyor Haluk Bilginerin yeni ekran işi bəlli olub.
BAKU.WS xəbər verir ki, aktyor bu dəfə "Disney Plus" üçün çəkiləcək "Sekizinci Aile" adlı serialda rol alacaq.
Sonuncu dəfə Ancelina Coli ilə "Maria" filminə çəkilən ulduzun bu dəfəki tərəf müqabili gənc həmkarı Melisa Döngel olacaq.
Süjet xəttində ailə başçısı olan Bilginer qızlarından belə gənc Dilan adlı xanımla evlənir.
Rollarda Ali Atay, Serkan Keskin, Çağlar Çorumlu, Cihan Talay, Mehmet Özgür və Hazal Kaya kimi aktyorlar da çəkiləcək.
Oxşar xəbərlər
Məkkə sazişi çərçivəsində komitənin növbəti iclası keçiriləcək
Məkkə sazişi çərçivəsində ortaq müdafiə məqsədilə yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin növbəti iclası oktyabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı...