Mürəbbəli çay sevənlərə XƏBƏRDARLIQ

Mürəbbəli çay sevənlərə XƏBƏRDARLIQ
Digər 150

Ənənəvi Azərbaycan süfrələrinin sevimlisi olan mürəbbə illərlə "qonaqpərvərliyin simvolu" kimi təqdim olunub. Xüsusilə səhər yeməklərinin vazkeçilməzi olan bu qida sağlamlıq üçün heç də faydalı sayılmır.

BAKU.WS xəbər verir ki, mürəbbənin tərkibindəki şəkər miqdarı çox vaxt şirniyyat məhsullarını belə geridə qoyur. Bu, ilk növbədə diabet riski olan şəxslər üçün təhlükədir. Hətta tam sağlam insanlarda da insulin müqavimətini artırır, qan şəkərini dalğalandırır.

Mürəbbənin "yapışqan" quruluşu və şəkər tərkibi diş minasını zədələyərək tez çürüməyə səbəb olur. Uşaqlarda bu, daha da sürətlə inkişaf edir. Mütəxəssislərin fikrincə gecə mürəbbə yeyib yatmaq, səhəri diş ağrısı ilə açmaq deməkdir.   Bundan başqa, mürəbbə yüksək kalorili məhsuldur.

Pəhriz saxlayanlar, artıq çəkidən əziyyət çəkənlər və qaraciyəri yağlanan şəxslər üçün əlavə risk yaradır. Şəkərin parçalanması üçün mədəaltı vəz daha çox insulin istehsal edir, bu da orqanizmə davamlı stress deməkdir.

Uzun müddət saxlanılan və ya düzgün qaynadılmayan mürəbbələrdə küf, qıcqırma, hətta botulizm riski yarana bilər. Xüsusilə açıldıqdan sonra soyuducuda saxlanılmayan mürəbbələr görünməz təhlükə mənbəyinə çevrilə bilər.    

Oxşar xəbərlər

Bəzi yerlərdə 41 dərəcə isti olub - FAKTİKİ HAVA

Bəzi yerlərdə 41 dərəcə isti olub - FAKTİKİ HAVA

Ölkə ərazisində iyulun 22-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ölkə ərazisində yağm...

58 Digər 10:57 22 iyul 2025

Son xəbərlər