Baş nazir təyin olunacağı gözlənilən Əli Əsədov kimdir?

Baş nazir təyin olunacağı gözlənilən Əli Əsədov kimdir?
Digər 13
Bu gün Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi gözlənilir. BAKU.WS Baş nazir postuna təyin olunacaq Əli Əsədovla bağlı bəzi məlumatları təqdim edir: Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda Dosent, kafedra müdiri vəzifələrində çalışıb.1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.Azərbaycan Respublikası Prezidentinin 17 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.

Oxşar xəbərlər

Sabiq millət vəkili vəfat etdi - FOTO

Sabiq millət vəkili vəfat etdi - FOTO

Milli Məclisin keçmiş deputatı və komissiya sədri, bir sıra rayonlara rəhbərlik etmiş Soltan Məmmədov vəfat edib.BAKU.WS publika.az-a istinadən xəbər verir ki,...

2410 Hadisə 13:11 15 sentyabr 2019

Son xəbərlər