Bakı Dövlət Universitetinin vəzifəli şəxsi dünyasını dəyişib - FOTO

Bakı Dövlət Universitetinin vəzifəli şəxsi dünyasını dəyişib - FOTO
Hadisə 4484
Bakı Dövlət Universitetinin Qazax filalının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əmir oğlu Əfəndiyev dünyasını dəyişib.BAKU.WS trend-ə istinadən xəbər verir ki, V.Əfəndiyev Coğrafiya fakültəsinin kafedra müdiri də olub.V. Əfəndiyev 1953-cü ildə anadan olub. 1977-1978-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışıb. V.Ə.Əfəndiyev “Bakı aqlomerasiyasının ətraf zonasının ərazi təşkili” mövzusunda namizədlik, 2004-ci ildə isə “Sosial-iqtisadi və siyasi coğrafiya” ixtisası üzrə “Azərbaycanda urbanizasiyanın iqtisadi-coğrafi problemləri” mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir. O, 2007-ci ildən professordur.Prof.V.Ə.Əfəndiyev 1987-1991-ci illərdə Geologiya-coğrafiya fakültəsində dekan müavini, 1991-1999-cu illərdə yeni yaradılan Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999-2004-cü illərdə BDU-nun qiyabi və axşam təhsili üzrə prorektor, 2004-2011- ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləyib.BAKU.WS

Oxşar xəbərlər

Həsən Əlibəyli vəfat edib

Həsən Əlibəyli vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdri, tarix üzrə elmlər doktoru, pro...

1839 Hadisə 17:41 28 noyabr 2018

Son xəbərlər