Prezident yeni rektor təyin etdi

Prezident yeni rektor təyin etdi
Siyasət 5146
Prezident İlham Əliyev sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, dövlət başçısı Elbrus Saleh oğlu İsayevi Naxçıvan Müəllimlər İnstitutunun rektoru təyin edib.Qeyd edək ki, Elbrus İsayev1979-cu ildə Naxçıvan şəhərində anadan olub. 2000-ci ildə Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin tarix ixtisasını, 2002-ci ildə isə həmin universitetin Magistratura səviyyəsini fərqlənmə diplomları ilə bitirib. 2000-2004-cü illərdə Naxçıvan şəhər 11 saylı orta məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib. Naxçıvan Dövlət Universiteti Beynəlxalq münasibətlər kafedrasının dosentidir. 2001-ci ildən Universitet Elmi Şurasının üzvüdür. 2008-2012-ci illərdə Naxçıvan Dövlət Universitetinin Magistratura üzrə dekanı vəzifəsində çalışıb. 2006-cı ildə Böyük İpək yolu və Naxçıvan mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin İctimai-siyasi şöbəsində redaktor vəzifəsində çalışıb, 50-dən artıq tarixi-siyasi və sənədli televiziya verilişlərinin müəllifidir.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda bu nazirlik ləğv edildi

Azərbaycanda bu nazirlik ləğv edildi

Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılıb.APA-nın məlumatına görə, bunu...

5435 Siyasət 17:35 31 iyul 2018

Son xəbərlər