Eldar Mahmudovun həyat yoldaşı işdən ayrıldı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi Tahirə Mahmudova işdən ayrılıb.
BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, o, öz ərizəsi ilə işdən çıxıb. T.Mahmudova işdən ayrılmaq istəməsinə səbəb kimi səhhətində yaranmış problemləri göstərib.
AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov açıqlamasında məlumatı təsdiqləyib: "O, ərizə yazaraq öz xahişi ilə işdən azad edilib”.
Qeyd edək ki, Tahirə Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həyat yoldaşıdır.
T.Mahmudova 1960-cı ildə anadan olub. 1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Ali təhsilini başa vurduqdan sonra "Dənizneftqazlayihə” Elmi Tədqiqat və Layihə İnstitutunda baş mühəndis, 1987-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş mühəndis, 1994-2000-ci illərdə "Spektr” kiçik müəssisəsində aparıcı konstruktor, 2001-2003-cü illərdə "Səda” firmasında beynəlxalq iqtisadiyyat məsələləri üzrə məsləhətçi, 2003-2007-ci illərdə isə AGBank-da məsləhətçi vəzifələrində çalışıb.
T.Mahmudova 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışırdı. O, həm də AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvü idi.
BAKU.WS
Oxşar xəbərlər
Eldar Mahmudovun ilk həyat yoldaşı öldürülüb (ŞOK İDDİA)
Jurnalist Eynulla Fətullayev MTN generalı Akif Çovdarıv haqda səs-küyə səbəb olacaq mesaj verib. BAKU.WS-in məlumatına görə, moderator.az aktual və maraqlı old...