Eldar Mahmudovun atasının adına olan məktəb söküldü

Eldar Mahmudovun atasının adına olan məktəb söküldü
Hadisə 2116

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası, mərhum akademik Əhməd Mahmudovun Naxçıvanda adını daşıyan məktəbin önündəki büstünün götürüldüyü barədə məlumat yayılmışdı. Mətbuatın dərc etdiyi məlumatda qeyd olunurdu ki, həmin büst Eldar Mahmudov işdən azad edildikdən uçurulub. BAKU.WS xəbər verir ki, modern.az saytının yaydığı xəbərə görə, Əhməd Mahmudovun adını daşıyan lisey ləğv edilib. İndi həmin ərazidə fizika-riyaziyyat təmayüllü yeni lisey tikilir. Naxçıvandakı mənbənin sözlərinə görə, ola bilər ki, mərhum eks-nazirin atasının büst bu səbəblə götürülüb. Qeyd edək ki, Eldar Mahmudov ölkə prezidentinin sərəncamı ilə oktyabrın 17-də milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bundan sonra isə Milli Təhlükəsizlik Nazirliyində ciddi yoxlamalar aparılıb və xeyli vəzifəli şəxs həbs olunub. Qeyd edək ki, bir il əvvəl Azərbaycanda "nurçu” məktəblər bağlanan zaman Əhməd Mahmudovun adını daşıyan liseyin də fəaliyyəti dayandırılmışdı. BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudovun ailəsi Danimarkaya sığındı

Eldar Mahmudovun ailəsi Danimarkaya sığındı

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvləri Azərbaycanı tərk edib. BAKU.WS-in məlumatına görə, bu barədə İstiqlal.az-a daxil olan məlumatd...

4285 Hadisə 16:33 29 oktyabr 2015

Son xəbərlər