Kuba 20 yanvarı matəm günü elan etdi
Kuba hökuməti Olqin əyalətində sursat anbarında baş vermiş partlayış nəticəsində həlak olan hərbçilərin xatirəsinə yanvarın 20-ni matəm günü elan edib.
BAKU.WS lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Migel Dias-Kanel Bermudes özünün sosial media hesabında paylaşım edib.
"Olqin hərbi dairəsinin sursat anbarında baş verən faciə nəticəsində həlak olan igid hərbçilərin xatirəsinə ehtiram olaraq yanvarın 20-si səhər saat 6-dan gecə yarısına qədər rəsmi matəm günü elan etmişik", - prezident qeyd edib.
Xatırladaq ki, yanvarın 7-də sursat anbarında baş verən partlayışlar nəticəsində 13 hərbçi həyatını itirib.
Oxşar xəbərlər
Donald Trampın yaxın saatlarda andiçmə mərasimi başlayacaq
ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampın yaxın saatlarda andiçmə mərasimi başlayacaq. Kapitolidə keçirilən tədbir siyasətçinin sosial şəbəkə səhifəsindən...