Kazan hava limanı təyyarələrin gəlişi və gedişi üçün müvəqqəti bağlanıb
Rusiyanın Kazan hava limanı təyyarələrin gəlişi və gedişi üçün müvəqqəti bağlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako bildirib.
"Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və ya göndərmir", - deyə o, yazıb və əlavə edib ki, tədbirlər mülki təyyarələrin təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.
Korenyako əlavə edib ki, pilotlar və aviadispetçerlər vəziyyətlə bağlı xəbərdarlıq edilib və bütün lazımi tədbirləri görürlər.
Bundan əvvəl hadisə şahidləri Kazan səmasında bir neçə partlayışın baş verdiyini bildiriblər. İlkin məlumatlara görə, hava hücumundan müdafiə sistemi işə salınıb.
Oxşar xəbərlər
2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı
Cənubi Koreya alimləri təxminən 2 min ildir itmiş hesab olunan əfsanəvi qızılı parçanı yenidən hazırlamağa nail olublar. BAKU.WS xəbər verir ki, bu barədə "Scie...