Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görüşü əhəmiyyətsizdir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İran rəhbəri "Al Jazerra" telekanalına müsahibəsində deyib.
"ABŞ yazdıqlarımıza əməl etməyəndə, Trampla görüş hansı problemi həll edir?", - o jurnalistin sualına cavab verib.
Onun sözlərinə görə, Hörmüz boğazının ABŞ silahlarının daşınması üçün açıq olmasına icazə verilməyəcək.
Xatırladaq ki, Tramp İranın Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd edib.
Oxşar xəbərlər
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb
Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naz...