Vaşinqtonda Donald Trampın inauqurasiya mərasimi keçirilib

Vaşinqtonda Donald Trampın inauqurasiya mərasimi keçirilib
Video
Dünya 298

ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimi başa çatıb.

İnauqurasiya mərasimində iştirak edən qonaqlar Kapitolidən ayrılıblar.

Cozef Bayden ənənəyə uyğun olaraq mərasimi helikopterlə tərk edib.

Baydenlə yanaşı, tədbirdə ABŞ-nin keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bil Klinton da iştirak ediblər.

***21:12

ABŞ-nin 47-ci prezidenti Donald Tarmp and içərək vəzifəsinin icrasına başlayıb.

BAKU.WS xəbər verir ki, Trampla yanaşı, Ceyms Devid Vens də vitse-prezident kimi and içib.

Respublikaçı Konstitusiyaya və İncil kitabına əlini qoyaraq ölkəsinə sədaqət andı içib.

Bununla da Tramp ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident olub. Əvvəllər buna yalnız Qrover Klivlend (1885-1889-cu illərdə və 1893-1897-ci illərdə) nail olmuşdu. Tramp hazırda ABŞ-nin 45-ci və 47-ci prezidentidir.

***19:45

ABŞ-nin yeni seçilən Prezidenti Donald Trampın yaxın saatlarda andiçmə mərasimi başlayıb.

Kapitolidə keçirilən tədbir siyasətçinin sosial şəbəkə səhifəsindən canlı olaraq yayımlanır.

Qeyd edək ki, Donald Tramp artıq 2016-2020-ci illərdə dövlət başçısı olub.

Oxşar xəbərlər

Son xəbərlər