Xalq artisti​​​​​​​ Ənvər Həsənovun SON VƏZİYYƏTİ

Xalq artisti​​​​​​​ Ənvər Həsənovun SON VƏZİYYƏTİ
Mədəniyyət 398

Yanvarın 10-da saat 10:15-də Xalq artisti Ənvər Həsənov halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib.

Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub.

Yanvarın 18-də vəziyyəti stabilləşən Xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Hazırda həmin şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir.

***18:09

Ötən gün səhər insult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan palataya köçürülüb.

BAKU.WS xəbər verir ki, bu barədə APA-ya aktyorun yaxınları məlumat verib.

Bildirilib ki, insult keçirəm Ənvər Həsənov bir az öncə palataya köçürülüb, müalicəsi davam etdirilir.

Qeyd edək ki, aktyor 26 nömrəli Mərdəkan Xəstəxanasında müalicə olunur.

***16:23

Azərbaycanın Xalq artisti Ənvər Həsənov bir neçə gündür xəstəxanadadır.

BAKU.WS xəbər verir ki, bu barədə aktyorun yaxın dostu Vasif Ayan sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, Ənvər Həsənovun səhhəti qəfil pisləşib:

"Xalq artisti Ənvər Həsənov səhhətində ciddi problemlərə görə bir neçə gündür xəstəxanadadır. Qızı Aytənlə əlaqə saxladım. Ənvər müəllimin vəziyyəti dünən səhər saatlarında müalicə aldığı xəstəxanada qəfildən ağırlaşıb. Hazırda müalicəsi həkim nəzarəti altında ciddi şəkildə davam edir", - deyə Vasif Ayan bildirib.

Qeyd edək ki, Ənvər Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və bir çox digər yaddaqalan obrazlarla tanınır.

Son xəbərlər