Əməkdar artist Mövsüm Hüseynov dəfn olunub
Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Mövsüm Hüseynov dəfn olunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, mərhumla Sumqayıt şəhərindəki evində vida mərasimi keçirilib.
Mərasimdə sənətçinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.
Aktyor Sumqayıt şəhər qəbiristanlığına dəfn olunub.
*** 09:45
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib.
Bildirilib ki, o uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub.
Aktyor Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Bakı Bələdiyyə Teatrında çalışıb.
O, 16 oktyabr 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
Oxşar xəbərlər
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Neftçalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Kürqarabucaq kəndində qeydə alı...