Həbsxanaya göndərilən bağlamadan narkotik çıxdı – Marixuana, heroin və metamfetamin aşkarlanıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində məhkuma poçt vasitəsilə göndərilən bağlamada narkotik aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin bağlamaya baxış keçirilərkən orada olan tərliyin daban hissəsində xüsusi üsulla gizlədilmiş bükülülərdə aşkarlanan narkotik vasitələr 0,543 qram qurudulmuş marixuana, 0,716 qram heroin və 0,567 qram metamfetamin olub.
Həmçinin Bakı istintaq təcridxanasında həbs edilmiş şəxs üçün həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən geyimin üzərində xüsusi üsulla tikilərək gizlədilmiş ümumilikdə 4 ədəd bükülüdə 0,888 qram heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda ictimai birliyin sədri və məsul əməkdaşı həbs edildilər
"Azərbaycan Vətənpərvərlər" İctimai Birliyinin sədri həbs edilib. BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Azərbaycan Vətənpərvərlər" İctimai Birliyini...