Ekrem İmamoğlu ilə bağlı istintaq başladı
20
yan
2025
14:59
İstanbul Baş Prokurorluğu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu haqqında istintaq başladıb.
BAKU.WS-in məlumatına görə, NTV telekanalı bu barədə xəbər yayıb.
Məlumata görə, Ekrem İmamoğlu bir televiziya proqramında İstanbul Baş Prokuroru Akın Gürlek və onun ailəsinə qarşı sərt ifadələr işlədib. Bununla əlaqədar olaraq İmamoğlu "hədə qorxu" və "terrorizmlə mübarizə aparan şəxsləri hədəf göstərmə" ittihamları ilə üzləşib.
Qeyd edək ki, Ekrem İmamoğlu 2019-cu ildə keçirilən bələdiyyə seçkilərində 54% səs toplayaraq İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilib.
Oxşar xəbərlər
Qazaxıstan "İbrahim sazişi"nə qoşulub
ABŞ prezidenti Donald Tramp əmindir ki, bir çox ölkələr İsraillə münasibətləri normallaşdırmaq üçün "İbrahim sazişi"nə qoşulmaq niyyətindədir. BAKU.WS xəbər ver...