ABŞ-də itkin düşən tibbi təyyarənin qalıqları tapılıb

ABŞ-də itkin düşən tibbi təyyarənin qalıqları tapılıb
Dünya 5

ABŞ-nin Massaçusets ştatında Nantaket adası yaxınlığında itkin düşən tibbi təyyarənin qalıqları aşkarlanıb. Təyyarədə olan 6 nəfərin axtarışı davam etdirilir.

BAKU.WS xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin əməkdaşları və yerli xilasetmə qrupları təyyarənin qalıqlarını Nantaketdən təxminən 32 kilometr aralıda, 24-27 metr dərinlikdə müəyyən ediblər.

Axtarış-xilasetmə əməliyyatı zamanı 7 355 kvadratkilometrə yaxın ərazi, ümumilikdə 53 saatdan çox müddətdə fasiləsiz şəkildə yoxlanılıb.

"Gulfstream G100" tipli təyyarə Bermud adalarından Boston istiqamətində uçarkən onunla əlaqə kəsilib. Təyyarədə 4 Kanada və 2 Bermud vətəndaşı olub.

Sahil Mühafizəsi axtarışların əsas məqsədinin təyyarədəki 6 nəfərin tapılması olduğunu açıqlayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər